BİZ KİMİK ?

Linguist Dil Mərkəzi dil təhsilində ixtisaslaşır. 1994-cü ildə Əsrin kontraktı imzalandıqdan sonra bir çox xarici şirkətlər Bakıya gəlməyə başladı. Neft o vaxtlar olduğu kimi indi də Azərbaycanın əsas təbii sərvəti olaraq qalır və bir çox şirkətləri ölkəmizə cəlb edir. Yaxşı xarici dil biliyi olan peşəkarlara o vaxtdan böyük tələbat var.
Yerli bazarı araşdırdıqdan sonra biz belə bir nəticəyə gəlmişdik ki, peşəkarlara xarici dil dərsləri verən kurslar kifayət qədər deyil.
Linguist Dil Mərkəzi təhsil sahəsindəki bu boşluğu doldurmaq üçün 2010-cu ilin yanvarında quruldu. Bizim əsas məqsədimiz insanların bir-birini anlamasına və rahat ünsiyyət qurmasına kömək olmaqdır.
Azərbaycan sürətlə inkişaf etdi və şəhərimizdə iş qurmaq istəyən xarici şirkətlərin sayı artmağa davam edir. Son 5 il ərzində Bakı Eurovision, Birinci Avropa Oyunları, Formula 1 kimi bir çox beynəlxalq tədbirlərə, qlobal forum və konfranslara ev sahibliyi etmişdir. Bu tədbirlər də digər ölkələrin Azərbaycana olan marağını artırmışdır.
Bir digər səbəb də azərbaycanlı gənclərin Avropanın müxtəlif ölkələrində təhsil almağa həvəsli olmasıdır. Biz də onlara xarici dil problemlərini həll etməkdə kömək olmaq üçün varıq.
Qurulduğu 2010-cu il tarixindən etibarən mərkəz dil öyrənməkdə yüzlərlə tələbəni dəstəkləmişdir. Bizim əsas məqsədimiz müxtəlif ölkələrdən olan insanların bir-birini anlamasına və mehriban ünsiyyət qurmasına kömək etməkdir.
İlkin olaraq mərkəzimiz tərcümə sahəsində fəaliyyətə başlamış, 2 il sonra isə işini genişləndirərək korporativ müştərilərinə ilk ingilis dili kurslarını da təqdim etmişdir. Bu vaxtdan etibarən həm tərcümə, həm də dil tədrisi sahələrində fəaliyyət göstəririk.
BİZ NƏ EDİRİK ?
Tərcümə BÖLMƏSİ
Müxtəlif növ sənədlərin azərbaycan, ingilis, rus, fransız, alman, italyan, türk və ərəb dillərinə yazılı tərcüməsi
Şifahi tərcümə
DİL MƏRKƏZİ
Ümumi İngilis dili
IELTS və SAT imtahanlarına hazırlıq
Biznes İngilis dili
Uşaqlar və gənclər üçün ingilis dili
İtalyan dili
Fransız dili
Alman dili
Danışıq klubları
Dİllərİ bİzİmlə bİrgə öyrənmək üçün səbəblər?
Bütün tələbələr üçün uyğun olan peşəkar dil kursları təklif edirik.
Ümumi dil proqramı Beginner səviyyəsindən Profiency səviyyəsinə qədər davam edir.
Bizim peşəkar, yüksək ixtisaslı və həvəsli müəllimlərdən ibarət komandamız var.
Danışıq klubları dil daşıyıcısı müəllimlər tərəfindən keçirilir.
Dərslər həftədə 3 dəfə keçirilir.
DİLLƏR
-
Azərbaycan
-
Rus
-
İngİlİs
-
Fransız
-
Alman
-
İtalyan